• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 20.12.2019 15:13

"Kəpəz"in sabiq futbolçusu vəfat edib

KepezTV Player

"Kəpəz"in sabiq futbolçusu Şadon Vinçester yol qəzasında həyatını itirib. 2017/2018-ci illər mövsümündə icarə əsasında Gəncə klubunun heyətində 8 oyunda meydana çıxan 27 yaşlı tirindad və tobaqolu hücumçu vətənində avto-qəzaya düşüb. İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yararsız hala düşdükdən sonra yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər də dünyasını dəyişib. Vinçester son olaraq Finlandiya çempionatında top qovub. O, 2010-cu ildən Trinidad və Tobaqo yığmasında çıxış edərək millnin heyətində 23 oyuna 6 qol vurub.