Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücü tutulub. Dekabrın 14-də, saat 7 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində yolun kənarı ilə hərəkətdə olan piyada, 55 yaşlı Telman Şıxməmmədovu vuran VAZ-2106” markalı avtomobilin sürücüsü 25 yaşlı İsmət Mustafayev olduğu müəyyən edilib. Hadisə ilə bağlı açılan cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Araçdırmalar zamanı məlum olub ki, İsmət Mustafayev hadisədən sonra izi itirmək məqsədi ilə bir sıra yollara əl atıb. Ancaq onun bu niyyəti baş tumayıb. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vüqar Elçiyev müstəntiq Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsini törədən şəxsin Şəmkir rayonu Əliyaqublu kənd sakini Mustafayev İsmət Şükür oğlu olması müəyən edilib. Eyni zamanda aparılan tədbirləri zamanı müəyən olunub İsmət Mustafayev hadisədən sonra avtomobilin şüşəsini və müəyən hissələrini dəyişdirərək yayınmağa çalışıb.
İsmət Mustafayev saxlanılan şəxs Maşını aparıb sahədə istixananın qabağında saxladım. Bir gecə orada qaldı. Səhər gedib yavaş-yavaş düzəltdim. Sonra götürüb qapıya gəldim. Evdə də toy var idi heç nə demədim.
- Baxış: 761