• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 20.12.2019 10:31

Hyundai Nexo yeni rekorda imza atıb

Hidrogenlə çalışan Hyundai Nexo modelinin debüt etdiyi zamanda, yanacaq sərfiyyatının ölçülməsi üçün istifadə edilən NEDC dövrü son günlərini yaşayırdı.

NEDC dövrünə əsasən Hyundai Nexo modelinin dolu çən ilə bəyan edilən yürüş məsafəsi 800 km təşkil edirdi. Lakin, yeni standarta keçdikdən sonra, koreyalılar bu rəqəmin 666 km olduğunu bildirdilər. Reallıqda isə bu rəqəmin 400-450 km arasında olduğu görünürdü. Buna baxmayaraq, Fransada keçirilmiş avtoyürüşdə Hyundai Nexo krossoveri yanacaqdoldurmadan 800 km qət etməyin real olduğunu sübuta yetirib.

Bu isə yaxın gələcəkdə Pikkarın rekordunun yeniləcəyindən və Nexo modelinin 800 km məsafəni qət etməyə cəhd göstərəcəyindən xəbər verir.