Bu gün iribuynuzlu heyvandarların baş sayının artırılması innovativ üsullarla mümkündür. Amma mütəxəssislər bu sahədə kadr potensialını yetərli saymır. Həmçinin təsərrüfat sahiblərinin müasir biliklərlə təmini də ürəkaçan deyil. Bəs hansı addımlar atılmalıdır? Bu barədə araşdırmamız var.
Ölkədə aqrar sahəyə dövlət dəstəyi xüsusilə heyvandarlıqla məşğul olan fermerlərin sayında artıma səbəb olub. Bu artım xüsusilə xaricdən gətirilən damazlıq heyvanlar sayəsində mümkün olub. Amma...
Esmira Lətifova - KTN-nin şöbə müdiri: Ukrayna, Qazaxısta və digər MDB dövlətlərindən niyə bizim heyvanlardan aşağı məhsuldar heyvanlar gətirilməlidir. Dövlət vəsaiti niyə az məhsuldar heyvanlara sərf edilməldiir. Biz bu vəsaiti başqa işlərə sərf edə bilərik. Bu gün layihılərədn söhbət gedir. Biz bu layihələri ortaya qoya bilərik. Kadr hazırlığı heyvanların cins tərkibinin yaxşılaşdırlmasında yeni innovativ xarici təcrübənin tətbiq olunmasına sərf edə bilərik bu vəsaiti. Biz niyə özgənin törtöküntü heyvanını Respublikaya gətirməliyik. Bu sahədə böyük gərginlik var.
Mövcud otlaq və örüş sahələrinin azalması damazlıq işinin daha təkmil formada təşkili vacib edir. Bu məqsədə nail olmaqla gələcəkdə ixrac imkanları da yarana bilər.
İmran Cümşüdov - Aqrar Elm və İnnovasiya Mərkəzinin direkoru: Mövcud resurlsarımıza biz qənaət etməliyik. Daha səmərəli istifadə etməliyik. Innovativ sistemlər yaratmalıyıq. Eyni zamanda başqa ölkələrin yaxşı təcrübələrini biuz ölkəmizə gətirməliyik. Sınaqdan keçiriərək adaptasiyaya uyğun olaraq tətbiq etməliyik. Bu gün aqrar elmin qarşısında duran əsas vəzifə budur. Burada həm mövzular seçilərkın birinci növbədə qlobal meyllər qlobal çağırışlar, tələblər nəzərə alınmalıdır. Eyni zamanda milli ehtiyaclar nəzərə alınmalıdır. Bu gün aqrar sahədə çalışanların hansı tədqiqat sisteminə ehtiyacı var.
Doğru tədqiqat işləri isə savadlı kadrların gərgin əməyi sayəsində mümkün ola bilər. Son dövrlər məhz bu sahədə ciddi irəliləyişə nail olunub demək olar.
İbrahim Cəfərov - ADAU-nun rektoru: Özəlləşmə getdi. Böyük heyvandarlıq təsərrüfatları ləğv olundu. Insanlar kiçik fermalara malik oldular. 1 baş 2 baş. Bu nöqteyi nəzərdən də bir az kənd təsərrüfatı meyilli ixtisaslara meyil azaldı. Son illər Prezidentin gördüyü tədbirləq nəticəsində aqrar sahə prioritet olaraq inkişaf etdirilir. 1-2 il zamana ehtiyac var. Bu zaman çərçivəsində kadr potebnsialı nizamlanacaq. Elmi tədqiqat institutları və heyvandalrıqla məşğul olan iri və xırda təsərrüfatlar kadrla təmin olunacaq.
Hazırda heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün Türkiyəli mütəxəssislərin təcrübəsindən istifadə olunur. Ölkəmiz üçün yeni olan təcrübələr fermerlərə izah olunur.
Yavuz Öztürklər - Türkiyənin Qafqaz Universitetinin Baytarlıq fakültəsinin professoru: Böyük baş heyvanlarda yəni sığırlarda süni toxumlamanın başarısı necə artırlır. Bununla bağlı təlim keçəcəm. Bunun üçün bir neçə protokollar var. Xüsusilə böyük başlarda bəzi problemlər var. Xüsuilə süd sığırlarında. Bu problemlərin ən önəmlisi heyvanlarda bəzi çoxlama orqanlarında olan xəstəlik və fəaliyyətində olan pozuntulardır. Bizdə də yerli otlaqlada azalma nəticəsində intensiv qoyunçuluq daha yaxşı inkişaf edib.
Təsərrüfat sahibləri elmi araşdırmalara əsaslanaraq iş görməlidir. Əks halda qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayacaq. “İribuynuzlu heyvandarlıqda baş sayının artırılmasında innovativ üsullar” mövzusunda təşkil edilən elmi praktiki konfransın məqsədi məhz bu idi. Keçirilən tədbir və təlimlərdə əldə edilən təcübələr yaxın zamanda öz bəhrəsini verəcək. Belə ki, gələn il üçün heyvandarlıq Elmi tədqiqat institutunun nəzdində iri və xırda buynuzlu heyvandarlıq kompleksləri istifadəyə veriləcək.
Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Respublikada ilk olaraq heyvandarlıq Elmi tədqiqat institutunun bazasında 100 başlıq tam müasir standartlara cavab verəcək südlük heyvandarlıq kompleksi inşa edilir. 1000 başlıq qoyunçuluq təsərrüfatı tikilir. 2020-ci ilin sonuna bunlar təhvil veriləcək. Yeni cinslərin yaradılması istiqamətində işlər aparılacaq.
- Baxış: 1048