• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 876
— 18.12.2019 16:04

Satmadığı maşınlara görə beh aldı, saxlanıldı

KepezTV Player

Xızıda dələduzluq edən şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib. Onun ətrafında aparılan tədbirlərlə məlum olub ki, Rəsul Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələrək alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi tədqim edib. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.