• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 18.12.2019 11:32

Gəncədə bıçaqlanma hadisəsi baş verib

KepezTV Player

Hadisə Köhnə Yevlax avtovağzalı deyilən ərazinin yaxınlığında qeydə alınıb. Yaralı dərhal ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Şəhər sakini 32 yaşlı Məhəmmədəli Hüseynov sağ budun deşilmiş yarası ilə diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Xəstənin sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, yaralı dostu ilə kafedə yeyib-içdikdən sonra bıçaqlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb.