• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 17.12.2019 20:40

"Kəpəz" və "Turan Tovuz" elitaya qayıdır

KepezTV Player

Gələn mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq. Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ictimaiyyətə açıqlamasında deyib.

Musayev "Kəpəz" və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib. Bu xəbər hər iki klubun futbol camiəsində böyük sevinclə qarşılanıb. Mütəxəssislər nəhayət ki, Gəncə və Tovuz komandalarının layiq olduqları yerdə çıxış edəcəyini düşünür.

İstər Gəncə, istərsə də Tovuz Azərbaycanda yetişdirdiyi futbolçularla tanınıb. “Kəpəz”in və “Turan”ın heyətindən ölkəmiz üçün 10-larla ən tanınmış, bacarıqlı oyunçular çıxıb. Odur ki, komandaların elitaya qayıdışı yerli futbol məktəblərinin inkişafına təkan verəcək.

Azərbaycan futbolunda xüsusi mövqeyi olan “Kəpəz” və “Turan Tovuz”ın Premyer Liqaya dönüşü azarkeş sayınada əhəmiyyətli dərəcədə təsir edəcək. Ev oyunlarında tribunaları dolduracaq qərbli fanatlar elitada izləyici sayını artıracaq.

Bu klublardan “Kəpəz” 2 mövsüm öncəyə kimi Premyer Liqada yarışıb. “Turan Tovuz” isə sonuncu dəfə 6 il əvvəl elitada görünüb.