• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 17.12.2019 10:10

Audi RS Q8 - ən zirək Audi krossoveridir

Gözlənilən kimi, RS Q8 modeli Audi markasının ən zirək krossoveri olub: model 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da Porsche Cayenne Turbo modelinin göstəricisindən 0,1 saniyə sürətlidir.

Audi RS Q8 modelinin kapotunun altında RS6 Avant və RS7 Sportback modellərindən tanış olan  4,0-litrlik V8 biturbo mühərriki yerləşir. Səkkiz pilləli "avtomat" və 48-voltluq startyor-generatorla tandemdə çalışan mühərrik 600 at qüvvəsi hasil edir.

Avtomobilin şassisi SQ7 və SQ8 modelləri ilə bənzərdir. Məsələn, avtomobilin pnevmatik asqı klirensi 90 mm diapazonunda tənzimləyə bilir. RS Q8 modelinin standart təchizatına arxa təkərləri 5 dərəcə döndərən tam idarələnən şassi və aktiv elektromexaniki stabilizatorlar daxil edilib. Əlavə ödənişlə, Audi RS Q8 modelini karbon-saxsı əyləc mexanizmləri və aktiv arxa differensial ilə təchiz etmək olar.

Audi RS Q8 modelinin qiyməti açıqlanmayıb. Modelin Avropa və ABŞ-dakı satışlarına gələn ilin birinci yarısında başlanmalıdır.