İctimai nəqliyyatda, ticarət mərkəzlərində, restoranlarda və digər məkanlarda qulaqlarımıza gəlib çatan musiqi sədaları. Belə musiqilər bir qrup insan tərəfindən bayağı, ara mahnıları adlandırılsa da, xüsusilə, yeniyetmə və gənclər tərəfindən sevilir. Əfsuslar olsun ki, bəyənmədiyimiz həmin ifaların dinlənmə sayı da musiqi portallarında digərlərini üstləyir. Görəsən, niyə? Gənclərin musiqi zövqü hansı səbəbdən korlanır?
İstənilən halda savadlı, zövqlü və klassik musiqinin təbliğində kütləvi informasiya vasitələri ilə yanaşı, musiqiçilər də maraqlı olmalıdır.
Bəzən gənclər müasirlik deyib, Avropa mahnılarını mənimsəməyə çalışır, milli musiqilərimizdən ümumiyyətlə, imtina edirlər.
İstər keçmişə aid olsun, istərsə də gələcəyə. Fərq etməz. Önəmli olan mədəni dəyərlərimizi yaşatmaqdır. İndi çoxumuz müasir mədəniyyətdə şedevrlərin, həqiqətən dəyərli sənət nümunələrinin olmadığından gileylənirik.
Bəzən unuduruq ki, biz özümüzdə bu dövrün insanları, bu millətin nümayəndələriyik. Elə isə problem bəlkə elə özümüzdə, cəmiyyətimizdədir. Görəsən, nəyi düz eləmirik?
- Baxış: 340