• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2209
— 14.12.2019 12:03

Ana və qızı qətlə yetirilib

KepezTV Player

Bakıda ana və qızının meyiti aşkarlanıb. Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 51 yaşlı Fatma Həmzəyeva və qızı 25 yaşlı Elgün Niftizadənin üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitləri yaşadıqları mənzildə aşkar edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə iş başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.