• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 13.12.2019 19:45

Juboksinqçilərin növbəti uğuru

KepezTV Player

Gəncə juboksinqçiləri Bakıda keçirilən Dünya Kubokundan uğurlu nəticələrlə qayıdıblar. Nizami yurdundan olan idmançılar həm kəmər döyüşlərində, həm də kubok yarışında qüvvəsini sınayıb.

Məşqçi Rafael Hüseynovun rəhbərliyi altında Gəncə juboksinq citsu nümayəndəliyinin üzvləri yarışda yerli, eləcə də, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Əfqanıstandan gəlmiş idmançılarla mübarizə aparıblar. Müxtəlif yaş qruplarını əhatə edən turnirə ümumilikdə 34 çəki dərəcəsində 350 idmançı qatılıb. Hüseynovun yetirmələri 4 kəmər, 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar.

Dünya Kubokunda Gəncə idmançılarından Valeh Musaoğlu, Kamran Quliyev, Murad və Nicat Əhmədovlar kəmər döyüşlərinin qalibi olub.

İlkin Mustafayev, Firdovsi Məmmədzadə, Mehdi Xudiyev, Fərid Hüseynov Fəxrəddin və Qərib Əliyevlər yarışın baş mükafatına yiyələnib. Gəncə idmançılarından Nicat Hacıyev, Şubay Cəfərov, Sübhan İmanzadə və Elşad Kazımlı gümüş, Aqşin Qoca isə bürünc medala layiq görülüb. Yarışın nəticələri Gəncə juboksinq citsu nümayəndəliyi tərəfindən yüksək qiymətləndirilib, gələcək turnirlərdə də eyni uğurların qazanılması arzulanıb.