• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 879
— 13.12.2019 19:31

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlandı

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xalidə İsmayılovaya məxsus çörək istehsalı müəssisəsində reyd keçirilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.<br>Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.