• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 13.12.2019 16:24

Bakı-Qazax magistralında sürət həddi aşağı salınıb

KepezTV Player

Bakı-Qazax magistralının Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində sürət həddi aşağı salınıb. Buna səbəb piyadaların nəzərdə tutulan keçidlərdən düzgün istifadə etməməsdir. Ötən gün sözügedən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsindən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi belə bir qərar qəbul edib. Artıq sözügedən ərazidə mövcud olan yol nişanları dəyişdirilib və hərəkətin təhlükəsizliyini təmin etmək üçün sürəti tənzimləyən yeni yol nişanları qoyulub. Bununla yanaşı yol polisləri piyadaları diqqətli olmağı və nəzərdə tutulan yerlərdən yolu keçməyi, sürücülərə isə sürət həddini aşmamağı tövsiyyə edir. Ötən gün Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Daewoo” markalı avtomobil vurub. Ağır xəsarət alan 15 yaşlı Gülzarə Əhmədova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Aftandil Mayılov - Goranboy Rayon DYP bölməsinin inspektoru:  Özlərinin və digərlərinin təhlükəsziliyi üçün piyada kçeidindən istifadə etsinlər. Məlumat üçün qeyd edək ki həmin ərazidə avtomobillərin hərəkət sürəti saatda 90 kiklometrdən 70 kilometrə endirilib və bu barədə müvafiq yol nişanları quruaşdırılıb.