Şəmkirdə əhalinin sosial çətinliklərinin aradan qaldırılması məqsədilə şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində yenidənqurma işlər görülüb. 50-ə yaxın ailənin yaşadığı küçədə sakinlərin və sürücülərin yol sarıdan problemləri aradan qaldırılıb, piyadaların təhlükəsiz hərəkəti üçün səki yaradılıb. Buna qədər isə küçədə su, qaz və elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Sakinlərlə görüşən rayon rəhbərliyi yaxın vaxtlarda digər küçələrdə də bu kimi işlərin görüləcəyini, gecə işıqlandırmasının təmin ediləcəyini sözlərinə əlavə edib. Sakinlərin istirahətinin səmərəli təşkili üçün əlavə tədbirlər görüləcək. Görüş zamanı bir sıra təkliflərlə çıxış edən sakinlərin müraciətlərinin həlli istiqamətində tədbirlərin görüləcəyi vurğulanıb.
Pərviz İbrahimov - Şəmkir şəhər İcra nümayəndəsi: Qədmilik və yenilik sintezi əsasında aparılan işlər göz oxşamaqdadır. Şəhər ərazisində abadlıq quruculuq işləri çərçivəsində küçələrə asfalt salınması eyni zamanda qaz su və işıq sahəsində məqsədyönül işlər davam etdirilir. Hal-hazırda şəhərin təmir bərpa işləri yekunlaşdığı küçələrindən biri də Məmməd Əmin Rəsulzadə küçəsidir.
Nürəddin Əmiraslanov - sakin: Gördüyünüz bu küçə vaxtı ilə çox bərbad vəziyyət idi. Yağış yağanda uşaqlar məktəbə gedib-gələ bilmiridlər. Evimizə bir qonaq gələndə utanırdıq. Bu gün dövlətimiz prezidetimiz və onun xanımı sağolsun. Bu küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır. Bu gün Məmməd Əmin Rəsulzadənin adına uyğunda yeniləndi.
Natiq Hüseyn
- Baxış: 601