• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 13.12.2019 11:03

Mercedes-Benz GLA krossoverinin ikinci nəsli debüt edib

Yeni model sələfindən 104 mm hündür və 14 mm qısadır. Avtomobilin eni də 30 mm artıb. Beləliklə, yeni krossoverin qabarit uzunluğu 4410 mm, eni - 1834 mm, hündürlüyü isə 1611 mm təşkil edir. GLA modelinin təkər bazası isə A-Class və CLA modellərində olduğu kimi 2729 mm-dir. Maraqlısı odur ki, ikinci nəsil GLA modeli bu günə qədər alman markasının model xəttində ən yığcam avtomobil sayılan A-Class hetçbekindən 9 mm qısadır.

Hələlik, yeni Mercedes-Benz GLA modeli üç mühərriklə təklif edilir. Avropada satılacaq öndənçəkişli Mercedes-Benz GLA 200 modeli 163 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,33-litrlik turbomühərrik və 7-lilləli 7G-DCT «robotu» ilə təklif ediləcək. GLA 200 modeli 100 km/saat həddinə 7,7 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.

Amerika bazarında isə, krossoverin 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik  və 8-pilləli 8G-DCT qutusu ilə təchiz edilmiş Mercedes-Benz GLA 250 modifikasiyası satılacaq. Bu model öndən və ya tam ötürmə ilə təchiz edilə bilər. Maksimal sürət 210 km/saatda məhdudlaşdırılıb.

Yeni Mercedes-Benz GLA modelinin Avropadakı satışlarına gələn ilin yazında başlanılacaq. Sonradan krossover ABŞ və Çin bazarında satışa çıxarılcaq.