Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Azərbaycan-Gürcüstan sərhədində baş verən silahlı insidentlə bağlı açıqlama verib. Nazir müavini hadisənin təxribat xarakterli olmadığını deyib.Dekabrın 6-da Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Havaya xəbərdarlıq atəşi açılıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edilib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb. Dərhal çobana ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir. Onun Gürcüstan vətəndaşı 26 yaşlı Ramin Bəşirov olduğu müəyyənləşdirilib. Xələf Xələfov belə hadisələrin sərhəd xidmətləri arasında aparılan danışıqlarla həll olunduğunu deyib.
Xələf Xələfov Xarici İşlər nazirinin müavini: Belə insdentlər olur. o təxribat xarakterli deyil. ola bilsin ki, səhfdən, müəyən hadisələrlə əlaqədar. belə məsələlər sərhəd xidmətləri arasında aparılan danışıqlarla həll olur. Bu dövlətlərarası səviyyədə müzakirə olunan məsələ deyil.
- Baxış: 298