Heydər Əliyevin rəhbərliyi dövründə istər SSRİ, istərsə də, müstəqillik illərində yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc müasir ixtisaslara yiyələnib. Ölkənin bütün şəhər və rayonlarını əhatə edən gənclər siyasəti Gəncədən yan ötməyib. Ən birinci istifadəyə verilən yeni təhsil müəssisələri və gənclər evləri də elə məhz ölkənin ikinci böyük şəhərində olub.
Ulu öndərin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutub. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Ölkənin müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, odlar yurdunun nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdu.
Bu gün ölkədə həm idmanın inkişafı, həm də gənclərlə bağlı layihələrin geniş vüsət alması birbaşa ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidi.
- Baxış: 475