• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1654
— 21.10.2019 12:18

"Nəsimi-650" adlı tədbir keçirilib

KepezTV Player

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin yüksək bədii estetik səviyyəyə malik poeziyasından danışılıb. Dahi sənətkarın insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm etməsindən, şeirlərində insanı həyatın yaradıcısı, həyatı gözəlliklərin əsl mənbəyi kimi vəsf etməsindən bəhs edilib. Dahi şairin Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsi, eləcə də, türkdilli xalqların ədəbi inkişafında əhəmiyyətli və faydalı təsirindən söz açılıb. Xalqımızın bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də gənclərin mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb etməsi də xüsusi ilə vurğulanıb. Məktəblilərin ifasında “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” qəzəli əsasında hazırlanan ədəbi kompazisiya nümayiş olunub.

Xəzangül Hüseynova - AYB-nin Gəncə bölməsinin sədri: Elə bil sirlər gizlənib ki, onun misralarında adam oxuduqca heyran qalır. Nə qədər biz Nəsiminin yaradıcılığından bəhz etsəkdə hələ mən onu kəsf olunmamış şair kimi tanıyıram. Cənab Prezidentin sərəncamı ilə Nəsiminin bütün külliyyatı dövlət varidatı kimi elan olundu. Hardasa dövlətlə Nəsiminin bu irsinin qiymətləndirilməsi bir araya düşdü. Bizdə buna çox sevinirik.