• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 11.12.2019 19:49

Turizm imkanlı nur şəhəri

KepezTV Player

Qədimlik və müasirliyin vəhdəti Mingəçevir bu gün turizm şəhəri kimi maraq dairəsindədir. Nəinki yerlilərin, əcnəbilərin də tez-tez üz tutduğu şəhər hər kəsi sözün əsl mənasında özünə heyran qoyur. Elə əməkdaşımız Nazənin Zamanı da.

Günel Bəylərqızı - ziyalı: 1948-ci ildə nur şəhəri Mingəçevirə şəhər statusu verildi. SSRİ-nin tərkibində olanda bizdə Tur baza deyilən bir məkan var idi. Hansı ki, turistlər orda cəmlənirdi...

Ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevir füsunkar təbiəti ilə də diqqət çəkir. Kür çayı sahilində tikilən iaşə obyektləri, otellər, restoranlar bura turist axınını daha da artırır. Mingəçevir bulvarı, katerlə, kiçikhəcmli gəmilərlə gəzinti, adalara səyahət, avarçəkmə və digər xidmətlər qonaqlara hərtərəfli istirahət imkanı yaradır. Yay aylarında adalara təşkil olunan turlar havalar soyuyandan sonra yerini ov turlarına verir.

Fərid Cabbarov - otel nümayəndəsi: Əvvəlki illərlə müqayisədə şəhərimizə gələn tursitlərin sayı artmaqdadır...

Əcnəbi turistlər arasında daha çox ruslar, ingilislər və ərəblər üstünlük təşkil edir. İstiqaməti Mingəçevir seçənlərdən Ağdaş, Göyçay, Gəncə və Bərdədən olan sakinlər də var. Saf havası, təmizliyi ilə seçilən şəhərdə turistlərə həmçinin, kanatla gəzinti fürsəti də verilir. Hər bir vəziyyətdə qonaqların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.

Günel Bəylərqızı - ziyalı: Bilirsiniz turistlər burada nə tapırlar? Təhlükəsiz gəzinti və yaşayış onları cəlb edir...

Mingəçevirdə lüks otellərdə gecələmə adambaşına minimum 90 manata başa gəlir. Kür çayında gəzintinin qiyməti göstərilən xidmətdən asılı olaraq 20-200 azn aralığında dəyişir. Adalara səyahət nəqliyyat vasitəsindən asılı olaraq, təxminən 150 manatdan başlayır. Şəhərdə ov turu planlaşdıranlar minimum 500, balıq ovlamaq istəyənlər isə 100 manatlarından keçməlidirlər.