• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 11.12.2019 20:01

Yenilənən maddi-texniki baza ixtisaslı kadr hazırlığına əsas verir

KepezTV Player

Artıq 88 ildir fəaliyyət göstərən və əsasən qərb bölgəsində orta tibb işçiləri hazırlayan Gəncə Tibb Kollecinin maddi texniki bazası möhkəmləndirilir. Kollecdə yeni açılan ixtisaslar üçün müasir standartlara cavab verən 3 laboratoriya yaradılıb. Bundan başqa kollecdə tələbələr üçün yeni qiraətxana və dərnəklər də yaradılacaq.

Gəncə tibb kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə təhsil alır. Bu ixtisaslardan Ortopedik stomatologiya, laboratoriya diaqnostika və tibbi profilaktika ixtisasları yeni yaradılıb və müasir laboratoriyalarla təchiz edilib.

Mehman Rzayev - Gəncə Tibb Kollecinin direktoru: İndi onların açılışı nəzərdə tutulub. Bu laboratoriyalarda ən müasir yeni tibbi cihazlardan təchiz olunub. Avstriyanın elektro mikraskopları, Yaponiyanın müxtəlif cihaz və aparatlarıdı. Ortopedik stomatologiya laboratoriyası isə tam yeni bir laboratoriyasıdır. Bu Respublikamızda ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunacaq.

Kollecdə yeniliklər bununla bitmir. Burada təhsil alan tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də yaradılacaq.

Mehman Rzayev - Gəncə Tibb Kollecinin direktoru: Yeni musiqi dərnəkləri və poeziya dərnəklərinin yaradılması istiqamətində işlər aparılır. 309 kvm ərazidə 84 yerlik yeni qiraətxananın tikintisi də nəzərdə tutulub. Yaxın zamanlarda onun da açılışı olacaq. İdman zalmızda yenidən qurulur.

Kollecdə orta tibb işçiləri üçün ixtisasartırma kurslarının bütün auditoriyaları da əsaslı təmir edilib və smart löhvələrlə təchiz olunub. Tələbələr üçün kollecin həyətində istirahət güşələri, yaşılıq zolağı da salınıb.