• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 11.12.2019 19:57

Heydər Əliyev və Gəncə

KepezTV Player

Respublikanın ikinci böyük şəhəri olan Gəncədə iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin sosial-rifah halının yaxşılaşdırılması hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz onun Azərbaycana rəhbərlik etdiyi illərdə Gəncədə xeyli sayda müəssisələr yaradılaraq əhalinin istifadəsinə verilib, şəhərdə möhkəm sosial-iqtisadi baza yaradılıb.

Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini və rolunu yaxşı bilirdi. Bu səbəbdən də Respublikanın ikinci böyük sənaye şəhəri daim diqqətdə saxlanılırdı. Məqsəd Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi...

Tarix boyu Azərbaycanın mədəniyyət, iqtisadi inqilab mərkəzi kimi tanınan Gəncə daim görkəmli şəxsiyyətlər, mütəfəkkirlər yetişdirib. Ulu öndərin "Biz hamımız - harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik" statı bu gün də dillər əzbəridir.

Ulu öndərin Gəncə ilə bağlı tarixi əhəmiyyət daşıyan qərarlarından biri də şəhərin tarixi adının özünə qaytarılması istiqamətində ilk addımın atılması oldu. Hələ sovetlər dönəmində Kirovabadda yeni salınan yaşayış massivinin Yeni Gəncə adlandırılması 1989-cu ildə şəhərin Gəncə kimi çağrılmasını rəsmiləşdirdi.