• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 11.12.2019 19:27

Restoranda yanğın oldu

KepezTV Player

Daha bir yanğın hadisəsi Tovuz şəhəri Həzi Aslanov prospektində olub. Rayon sakini Elxan Paşayevə məxsus restoranın dam örtüyü, ümumilikdə 40 kv metr ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Tovuz rayon şöbəsinin üç maşını və 30 nəfər canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın tamamilə söndürülüb. Hadisənin səbəbi araşdırılır.