• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 11.12.2019 11:03

Həmiltona Mercedes-AMG hiperkarının sınaqlarını nümayiş etdiriblər

Formula 1 üzrə altıqat dünya çempionu Lyuis Həmilton Mercedes-AMG Project One prototipinin sınaqlarında müşahidəçi qismində iştirak edib.

Həmiltona hiperkarın kamuflyaja bürünmüş və sadələşdirilmiş soyutma və buraxılış sistemi olan seriyaöncəsi nüsxəsini nümayiş etdiriblər. Britaniyalı gördüklərindən məmnun olduğunu bildirib və hiperkarın “güllə kimi sürət yığdığını”, mühərrikin səsinin isə “praktiki olaraq F1 bolidindəki kimi olduğunu” söyləyib.

Xatırladaq ki, bir müddət bundan öncə Mercedes-AMG nümayəndələri bütün çətinliklərin öhdəsindən gəldiklərini və hiperkarın 2021-ci ildə müştərilərə çatdıralacağını bildirib. Mercedes-AMG One modelinin başlıca problemi onun əsas üstünlüyü – Formula 1 bolidindən götürülmüş 1,6-litrlik mühərriki olub. Yarış mühərrikini ümumi istifadə yollarına buraxılmış avtomobil üçün adaptasiya etmək o qədər də asan olmayıb. Ən böyük çətinliklərdən biri sərbəst  dövrələrdə 5000 dövr/dəqiqə ilə işləməyə adət etmiş mühərriki 1200 dövr/dəqiqədə çalışdırmaq olub.