KepezTV Player
Bir qrup Ağcabədi sakini müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq olması barədə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Elşən Məmmədov və Ağcabədi rayon sakini Elzamin Soltanov saxlanılıb. Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nəğd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törtədikləri cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
- Baxış: 630