• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 11.12.2019 15:57

Evdə partlayış olub, 1 nəfər xəsarət alıb

KepezTV Player

Ağdam rayonunun Quzanlı qəsəbəsində Alim Nuriyevə məxsus, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə partlayış baş verib. Ardınca isə yanğın meydana gəlib. Nəticədə evin xanımı 27 yaşlı Röyalə Nuriyeva yanıq xəsarəti alıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı evin yanar konstruksiyaları yararsız hala düşüb. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.