• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2034
— 11.12.2019 12:17

Gənc oğlan və qızı "Kamaz"la vurub öldürdü

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluq Bakıda gənc oğlan və qızın yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.Dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini 26 yaşlı  Təbriz Ağayev etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar - Tural Cabbarlı və Dilarə Sultanlını  vurub. Hər iki şəxs hadisə yerində vəfat edib. Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.