• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 18.10.2019 12:25

"Qarabağ"ın gəncəliləri "Kəpəz"ə qarşı

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 7-ci turun görüşləri start götürəcək. Turun ilk oyun günündə Kəpəz - “Qarabağ-2”ni qəbul edəcək.  Qonaqlar dünən Gəncəyə gəliblər. 1 gün öncədən Nizami yurduna təşrif buyuran ağdamlılar oyunöncəsi son məşqinə çıxıb. Təxminən 40 dəqiqədə davam edən hazırlıqda futbolçular çox yorulmayıb. Kvadrat oynayan qonaq komanda ardınca, şərti olaraq qırmızı və yaşıl rənglərə bölünərək ikitərəfli oyunla məşqə yekun vurublar. Köhlən atların heyətində cəzalı olmasa da, zədəlilər var. Onların “Kəpəz”lə görüşdə meydanda olması sual altındadı. Qeyd edək ki, Qarabağın baş və köməkçi məşqçisi, həmçinin iki futbolçusu Gəncə futbol məktəbinin yetirməsidir.