• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 18.10.2019 12:26

Qazaxda minlərlə gənc “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib

KepezTV Player

Qazaxlı gənclər də müstəqillik günü ərəfəsində “Qarabağ Azərbaycandır!” deyib yürüş ediblər. Heydər Əliyev prospekti boyu hərəkət edən iştirakçılar  “Müstəqilliyimiz əbədidir, dönməzdir!”, “Yaşasın müstəqil Azərbaycan” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. Gənclər Mərkəzinin qarşısında toplaşan yürüş iştirakçılarına Milli müstəqillik gününün tarixi əhəmiyyəti əsaslandırılıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünün respublikanın qərp qapısı sayılan Qazaxda silsilə tədbirlərlə qeyd edildiyi vurğulanıb. Təşkil edilən fləşmob, idmançıların nümünəvi çıxışları yaddaqalan anlar yaşadıb. Bayram təbbiri geniş konsert proqramı ilə davam edib.

 

Natiq Hüseyn