KepezTV Player
Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan, əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev saxlanılıb. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə mobil telefonlarını oğurladığı məlum olub.<br>Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 824