• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 17.10.2019 20:35

Qabaqlayıcı tədbirlər sel təhlükəsini azaldıb

KepezTV Player

Suvarmaya suyuna olan tələbatın ödənilməsi, su itkisinin qarşısının alınması, sel sularının fəsad yaratmaması. Suvarma Sistemləri İdarəsinin fəaliyyəti Goranboyda bu kimi problemlərin yaşanmamasına və əhalinin ziyana düşməməsinə hesablanıb.

Veysli kənd sakini:Ötən il bir az ziyan dəymişdi sellə bağlı. Bu il sağ olsunlar, əvvəlcədən bütün arxları təmizliyiblər.

Veysli kənd sakini:Arxlar təmizlənir bəndlər bərkidilir. Qorxumuz yoxdur. Və sairə......

Sel təhlükəsindən qorunmaq məqsədi ilə Goranboyda bu günədək uzunluğu 7 kilometr olan Rəhimli sel ötürücüsü inşa edilib. Sel təhlükəsi olan Səfikürd, Qızılhacılı, Balakürd kəndlərini Qaraçay çayının daşqınlarından qorunmaq üçün 6,7 kilometr məsafədə kanal çəkilib. İntensiv yağıntıların sel təhlükəsi yaratmaması üçün bəndbərkitmə və arx təmizləmə işləri davam edir.

Şəhruz Muradov Goranboy Suvarma Sistemləri İdarəsinin şöbə müdiri:Əsasən Gorançay Və Qaraçayda nizamlanmayan suları itgisiz ötürmək üçün selə qarşı 103 kilometr arx və kanallarda təmizləmə işləri aparılıb. Və sairə.

Çaylarda bol sululuq sel təhlükəsi yaratsa da əkin üçün əlverişli hesab edilir. Lakin payız fəslinin olmasına baxmayaraq dağlarda yağıntının az düşməsi çaylarda da sululuğu azaldıb. Bu il Goranboy Suvarma Sistemləri İdarəsinin öhdəliyinə düşən 25 638 hektar ərazinin suvarılması üçün əkin sahələrinə lazım olan 77 milyon kubmetr suvarma suyunun əvəzinə 35 milyon kubmetr su çatdırılıb. Çaylarda yetrli olmayan su nasos stansiyaları vasitəsi ilə də suvarmanın həyata keçirilməsinə imkan vermir.

Şəhruz Muradov Goranboy Suvarma Sistemləri İdarəsinin şöbə müdiri:6 nasos stansiyamız var. Müxtəlif mənbələrdən su götüürülər. lakin həmin mənbələrdə su hədindən artıq su azdır. Tərtər kanalında isə ümumiyyətlə su yoxdur. Və sairə.

Goranboy rayonunda 48 min hektar əkinəyararlı torpaq sahəsi var ki, bunun da 20 min hektarı təbii çay suları vasitəsilə, 28 min hektarı isə subartezian və nasos stansiyaları vasitəsilə suvarılır. Payızılıq əkinlə əlaqədar rayonda suvarma suyuna olan tələbatda artıb.