• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 17.10.2019 20:14

Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısını alıblar. Belə ki, Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Azər Məmmədovun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.