KepezTV Player
“Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik”. Bunu Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən deyib. Dövlət başçısının sözlərinə görə, bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yollar yüksək keyfiyyətlə tikilir. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.
- Baxış: 572