Kimə çətin tərbiyə olunan uşaq demək olar?
Sözə baxmayan, davranışında və ya hərəkətində müəyyən neqativ hallara yol verən, zərərli vərdişlərə meyilli azyaşlılara çətin tərbiyə olunan uşaqlar demək olar. Daha çox düzgün qurulmayan münasibətlər əsasında formalaşan sözügedən situasiyada səhvə yol verməmək üçün psixoloq məsləhəti mütləqdir.
Günel Paşayeva psixoloq:O uşaqları mümkün qədər özümüzdən uzaqlaşdırmamalıyıq. Çünki hər dəfə onların problemlərini qabardıb üzlərinə dedikdə özlərini cəmiyyətdən təcrid olunmuş kimi hiss edəcəklər. Belə olan təqdirdə, onları özləri kimi uşalqara meyl edib, bizdən uzaqlaşacaqlar. Zamanla digər zərərli vərdişlərə meyl edəcəklər.
Davranışlarında xətalara yol verən uşağın məqsədi bəzən yalnız diqqəti öz üzərinə çəkmək olur. Elə bu səbəbdən dolayı vəziyyəti ələ almaq üçün ən düzgün reaksiya onların müəyyən hərəkətlərinə göz yummaqdır.
Günel Paşayeva psixoloq:Göz yummaq dedikdə, müəllimlər məni qınaya bilər ki, biz göz yumduqca daha rahat davranıb, xoş olmayan davranışlarını artıracaqlar. Xeyr, bu belə deyil. Biz ara-sıra onların yaxşı tərəflərini də özlərinə deməliyik. Sinifdə müəyyən tapşırıqlar verib, ona özünü lazımlı şagird kimi hiss etdirə bilərik.
Çətin tərbiyə olunan uşaqlarla nə etməli?
Həmin uşaqların cəmiyyətə adaptasiyasında müəllim və psixoloqdan əlavə, valideyn də məsuliyyət daşıyır.
Günel Paşayeva psixoloq: Ev şəraitində bu uşaqlar telefondan istifadə etdikcə, ona təkliflər etmək. Ünsiyyət qurmaq, yaxşı münasibət yaratmaq lazımdır. Qəti şəkildə onlrın problemləri ardıcıl olaraq vurğulamağı tövsiyə etmirəm.
Bəzən çətin tərbiyə olunan uşaq cəmiyyətin digər üzvlərinə də hər hansı bir formada zərər yetirə bilər. Ona görə də məsələni hər zaman diqqətdə saxlamaq lazımdır. Ən pis halda, valideyn mövcud situasiyaya bu və ya digər formada müdaxilə edə bilmirsə, daha qlobal problemlə üz-üzə qalmamaq üçün mütəxəssisə, psixoloqa müraciət etməlidir.
- Baxış: 1183