• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 17.10.2019 16:59

Yenidoğulanlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur

KepezTV Player

Azərbaycanda ümumilikdə yenidoğulanlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə olur ki, onların arasında vaxtından əvvəl anadan olanlar da var.Bunu Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov deyib. Onun sözlərinə görə, yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl dünyaya gəlmələridir. Ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur: "1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda, vəziyyətləri imkan verirsə evə yazmaq olar. Həmin körpələr daima nəzarətdə olurlar. O körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".