• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 17.10.2019 16:41

Şəmkirlilər kütləvi şəkildə yürüş etdi

KepezTV Player

“Qarabağ Azərbaycandır!” hərəkatına Şəmkir ictimaiyyəti də qoşularaq Dövlət Müstəqilliyi Günü ərəfəsində yürüş təşil edilib. “Milli müstəqilliyə aparan şərəfli yol”, “Qarabağ Azərbaycandır!” şüarlarınının səsləndirildiyi yürüş ulu öndər Heydər Əliyevin abidəsindəin qarşısından başlayıb və 5 min gənc əllərində üçrəngli bayraqlarla Gənclər Mərkəzinə qədər yol qət ediblər. Burada dövlət himninin ifasında sonra məktəblilər Müstəqilliyimiz ədədidir şüarını özündə əks etdirəm fləşmob nümayiş etdirib. Ümummili lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından ətraflı danışılıb. Şəmkirdə həyata keçirilən geniş miqyaslı layihələr, əldə edilən sosial-iqtisadi uğurlara diqqət çəkilib. Tədbir mədəniyyət  işçilərinin  hazırladığı konsert proqramı ilə davam edib.

Aydan Hacıyeva şagird: Bu gün biz firavan həyatımızı və rifahımızı bir nəfərə borcluyuq. Həmin şəxs Azərbaycan xalqınının və dövlətinin memarı qurucusu ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Onun bizə miras qoyub getdiyi dövlət müstəqilliyini göz bəbəyimiz kimi qorumaq onu gələcək nəsillərə çatdırmaq isə bizim  hər birimizin boynumuzun şərəfli borcudur.

Kənan Səfərli şagird: Müstəqilliyimizin dövlətçilik ənənələrinin qorunub saxlanılmasında ümummilli liderimiz Heydər Əliyevin çox böyük əməyi və rolu olub. Azərbaycan siyasi iqtisadi və mədni cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə eyni sırada qərarlaşıb. Bu gün onun siyasətini davam etdirən İlham Əliyev ətrafında biz gənclər möhkəm birləşmişik.

Natiq Hüseyn