• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 16.10.2019 16:05

Gənclər ekoloji aksiya keçirib

KepezTV Player

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Samuxda isə gənclərin təşəbbüsü ilə iməcilik və ağacəkmə aksiyası keçirilib. Gəncə-Çobanabdallı yolunda abadlıq və təmizlik işləri aparılıb, ərazi alaq otlarından təmizlənib. Ağac basdırılacaq çalalara münbit torpaq daşınıb. Aksiya iştirakçıları tərəfindən yerli iqlim şəraitinə  uyğun gələn Eldar şamı, sərv, küknar və digər ağac növləri əkilib. Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib. Aksiya qarşıdakı günlərdə rayonun digər kənd və qəsəbələrində davam edəcək. İlin sonunadək isə rayon ərazisində 20 minə yaxın yerli iqlim şaraitini uyğun ağaclar və gül kolları əkiləcək.  

Rəşad Qarayev - Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi: Hal-hazırda gənclərimiz ekoliji aksiya keçirirlər. Gənclər içtimai fəallığını göstərir. Burada məqsədimiz müstəqillik gününü təntənəli qeyd etmək eyni zamanda Samux gənclərinin ekologiyamızı qorumasından irəli gəlir.

 

Natiq Hüseyn