Göygöldə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə və Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına dəstək yürüşü keçirilib. Gənclərin təşəbbüsü ilə 1000 nəfərdən artıq rayon sakini vətənpərvər musiqilərin sədaları altında Gənclər Mərkəzinin qarşısından Dövlət Rəmzləri Muzeyinədək yürüş ediblər. İştirakçılar tərəfindən “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib. Dövlət Rəmzləri muzeyinin qarşısında eləcə də gənclər flaşhmob təşkil edib.
Zaur Abbasov - Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi: Biz burada gənclərimizin aktivliyini görmək istəyirik. Onların nə qədər aktiv olmarını vətəni nə qədər sevdiklərini və son günlər bilrisiniz ki cənab prezidentin Paşinyana veridiyi bir cavab var. Qarabağ Azərbaycanındır və ! o şuar altında biz bu tədbirləri təşkil etmişik.
- Baxış: 766