• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 15.10.2019 20:04

77 nəfər qan verib

KepezTV Player

Samux Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində qanvermə aksiyası keçirilib. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları rayonun idarə, təşkilat və müəssisələrinin əməkdaşalrı, eləcə də sadə vətəndaşlardan qan alıblar. Səhhətində problemləri olanlar aksiyada iştirak edə biməyiblər. Qan vermək istəyən 100-dən artıq rayon sakininin 77-i donor olub. Toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərə yardım etmək məqsədi ilə respublika qan bankına göndərilib. Samuxda hemofiliyadan 10, talassemiyadan isə 6 nəfər əziyyət çəkir.

David Zöhrabov - sakin: Bu gün məndə qanvermə aksiyasında iştirak elədim.Bundan çox məmnunluq duyuram. Çünki bizim verdiyimiz qan ehtiyacı olanlara, xüsusi ilə talasemiya xəstələrə şəfa gətirəcək. Bu bizim üçün ən böyük mükafatdı.

Günel Əliyeva - Mərkəzi Qan Bankının həkim-terapevti: Toplanan qanlar talasemiya və digər qanı ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdı. Xüsusi laborator şəraitdə saxlanılacaqdı. İlkin laborator testlərdən keçirilir, daha davamlı testlər isə Mərkəzi Qan Bankında həyata keçiriləcəkdi.