KepezTV Player
UTECA-da Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycanındır və nida işarəsi” adlı tədbir keçirilib. Ali baş komandan İlham Əliyev "Qarabağ Azərbaycanındır və nida işarəsi" ifadəsi ilə ikili standartlar aparanlara tərs sillə vurduğunu diqqətə çatdırılıb. Tədbirin davamı olaraq gənclər "Azərbaycanın müstəqilliyi əbədi və dönməzdi" şüarı ilə yürüş ediblər. Eləcə də 200 nəfərə yaxın UTECA tələbəsi prezidentin cıxışına və Beynəlxalq Gənclər Kampaniyasına dəstək verərək, Qarabağ Azərbaycandır ifadəsinə flashmobla bir daha nida qoyublar.
- Baxış: 704