Şəmkirdə də dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyasının sədrləri üçün ixtisaslaşmış kurslar keçirilir. Təlim zamanı seçki siyahılılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasında təhlükəsizliyin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Orqanlarının rolu barədə məlumat verilir. Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələrindən danışılıb. Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri barədə iştirakçılar məlumatlandırılıblar.
Abdulla Sadıqov - 98 saylı DSK-nın sədri: Çalşırıq ki, təlimlər o qədər yüksək səviyyədə keçsin ki, seçkilərimizi əvvəlki illərdə olduğu kimi demokratik şəffaf və azad keçirilməsini təmin edə bilək. Hər bi seçiçinin hüquqi qorunmalıdır. Onlar üçün yaxşı şərait yaradılcaq ki hər kəs gəlib kimə istəyirsə onada səs versin.
Rafiq Məmmədov - 99 saylı DSK-nın sədri: 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 39 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin əksəriyyəti inventarla təchiz eidlib. Komissiya üzvləri bu sahəyə artıq cəlb edilib. Mərkəzi Seçki Komissiyası nə vaxt qərarını elan edəcəksə fəaliyyətə başlamağa hazırıq.
Şahin Pənahov - 100 saylı DSK-nın sədri: Mən ümidvaram ki, qarşıdan gələn bələdiyyə seçkilərində seçki komissiyalarının üzvlərinin aldığı bilgilər seçkilərin şəffaf və ədalətli keçirilməsinə yardımçı olacaq və hər hansı bir qanun pozuntusuna yol verilməyəcək.
Natiq Hüseyn
- Baxış: 354