• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 15.10.2019 16:12

Seçki hüququ üzrə təlimlər keçirilir

KepezTV Player

Mərkəzi Seçki Komissiyası tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 3 günlük kurslara başlanılıb. Seçki hüququ üzrə ixtisaslaşdırılmış təlim Gəncədəki 4 dairəni və məntəqələrini əhatə edir. 38 saylı Nizami ikinci seçki dairəsində reallaşan kursun ilk günü seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təçviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması kimi məsələlərdən danışılıb. Yerli icra və bələdiyyə orqanlarının seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması və seciçi siyahıları ilə iş qaydası da iştirakçılara izah edilib.