İllərdir su sarıdan əziyyət çəkən sakinlərin artıq narahatlığına əsas yoxdur. Yeni çəkilən su xətti Şəmkirin Çənlibel kəndində yaşanan problemləri tam aradan qaldırıb. Sakinlər yaşadıqları sevinci əməkdaşlarımızla bölüşüb.
Sayad Hüseynov sakin: Qonşu-qonşuya borca getdiyini görmüşdüm. Ancaq suya borca getdiyini mən ömründə görməmişdim. Bir Şura kişinin birdə mənim qapımda maşın var. Gedib su gətiridim gəlib su istəyridilər ki bircə çaydan su ver uşağa çay qoyum. Düz beş ildir biz o gündə yaşamışıq.
Artıq nə maşınla su gətirilməyə, nə də qonşudan borc su istəməyə ehtiyac qalmayıb. İlərdir su sarıdan əziyyət çəkən Çənlibel sakinləri aydınlığa çıxamağın sevincini yaşayır.
Şura Məmmədov sakin: Bu xalqın arzusu diləyi yerinə yetdi.
Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan yaşayış məntəqəsində sakinlər fasiləsiz olaraq qaz və işıqla təchiz olunub. Kəndlə rayon mərkəzini birləşdirən yol günün tələbləri səviyyəsində yenidən qurulub. Yeganə narahatlıq doğuran səbəb su ilə bağlı idi ki, o da həllini tapıb.
Fərman Abdullayev sakin: Bax bu gün suyumuz bizi qane edir. Çox razıyıq. Bundan sonra da belə olsa çox yaxşı olar. Bircə kənd əhalisindən xahişim odur ki suyun əsas xəttinə müdaxilə etməsinlər. Hamını fikirləşsinlər. Yalnız insan özünü fikirləşməli deyil.
Çənlibelə yeni su xətti dağlıq ərazidən uzunluğu 10 kilometrə yaxın borularla çəkilib. Kəndin müxtəlif ərazilərində bulaq kompleksləri yaradılıb.
Dağbəyi Həsənov Çənlibel kənd icra nümayəndəsi: Bildiyiniz kimi bizim kənd dağlkıq ərazidə yerləşdiyindən bizdə suvram aparılmır. Ona görə də su mənbəylərimiz ancaq suvrama üçün nəzərdə tutulub. Hər 10-15 evdən bir bulaqlar qurulub. Bölgü əsasında su həmin bulaqlara verilir. Vətəndaşlar da növbə ilə həmin bulaqlarda su götürürlər.
Kənddə aydınlığa çıxan sakinlərin sayı 3500 nəfərə yaxındır.
Natiq Hüseyn
- Baxış: 397