Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin birgə işi ilə vətəndaş özbaşınalığı nəticəsində şəhərin müxtəlif ərazilərində toplanan və yanğın təhlükəsi yaradan zibilxanalar təmizlənib.
Gəncənin Kəpəz və Nizami rayonları ərazisində həyata keçirilən tədbirlərə şəhər icra hakimiyyəti və rayon bələdiyyələri də dəstək verib. Yaşayış və qeyri-yaşayış sahələrində mövcud olan və hər an yanğına səbəb ola biləcək çoxsaylı məişət tullantıları, yabanı halda bitən quru ot və qamışlar təmizlənərək texnika və canlı qüvvələrin köməyi ilə ərazidən daşınıb. Həyata keçirilən tədbirlərin əsas məqsədi inzibati ərazi vahidlərində ətraf obyektlərin kommunikasiya xətlərinin və digər infrastrukturların yanğın təhlükəsizliyini təmin etmək və antisanitariyaya son qoymaqdır
Nadir Əsədov Gəncə şəhər MKTİB-nin əməkdaşı:Şəhərin təmizliyi ilə əlaqədar biz bütün küçə və prospektlərdə yığılan tullantıları yığıb daşıyırıq. Gördüyünüz kimi bu işlərə çox sayda texnika və işçi cəlb etmişik. Mütəmadi olaraq FHN əməkdaşları ilə birgə çalışırıq. Və hər zaman da çalışacayıq ki, şəhərin təmizliyi tam bərpa olunsun.
Hazırda işlər şəhərin Məhsəti qəsəbəsi və Elbrus Allahverdiyev küçəsində aparılır. Ərazilərin təkrar çirkləndirilməsində iştirak edənlər, eləcə də yanğına səbəb olacaq şəxslər inzibati qaydada cəzalandırılacaqlar.
Nofəl Əhmədov Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini:Oktyabrın 1-ci ongünlüyündə xidməti ərazidə 100-dən artıq ünvanda təmizlik işləri aparılıb. Hüquqi, fiziki və vəzifəli şəxslər bilməlidi ki, ərazilərində xidmət apardıqları yerlərdə məişət tullantılarını və quru alaq otlarını vaxtlı-vaxtında təmizləsinlər.Əks tədqirdə bunu üçün inzibati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulur.
Yanğın təhlükəsinə qarşı mübarizə tədbirləri həmçinin marifləndirmə işləri ilə də davam etdirilir. Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları mütəmadi olaraq idarə və müəsisələrdə eləcə də yaşayış massivlərində səyyar görüşlər keçirərək yanğın təhlükəsinə qarşı vətəndaşları məlumatlandırır.
- Baxış: 304