• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 14.10.2019 10:15

Yeni Samsung noutbukları buraxılıb

Samsung şirkəti Google Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni Chromebook 4 və "Chromebook 4+ noutbuk modellərini təqdim edib. 1366х768 piksel təsvir ölçülü 11,6 düymlük ekranla təchiz edilən Chromebook 4 modeli 4 giqabaytlıq LPDDR4 operativ yaddaşı dəstəkləyən quraşdırılmış Intel UHD 600 qrafikalı Intel Celeron N4000 prosessoru əsasında hazırlanıb. 32 giqabayt tutumlu quraşdırılmış eMMC toplayıcısını microSD yaddaş kartları üçün slot vasitəsilə genişləndirmək mümkündür.

İnterfeyslər siyahısına USB Type-C, USB 3.0 Type-A portları, eləcə də Bluetooth 4.0 və Wi-Fi 802.11ac modulları daxildir. Noutbuk 720p təsvir ölçülü veb kamera və iki dinamik ilə təchiz olunub. 5070 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator qurğunu təkrar enerji toplamadan 12,5 saatlıq avtonom iş vaxtı ilə təmin edib. Chromebook 4+ noutbukunun modifikasiyası ekran (15,6 düym diaqonal, təsvir ölçüsü 1920х1080 piksel) istisna olmaqla əsas modelin oxşar xüsusiyyətləri ilə təchiz edilib. Noutbukun avtonom iş vaxtı 10,5 saat təşkil edir. Yeni qurğular artıq ABŞ-da satışa çıxarılıb. Samsung Chromebook 4 noutbukunun qiyməti 229 dollar, Chromebook 4+ modelinin isə 349 dollar təşkil edəcək. Noutbukların digər regionlarda nə vaxt satışa çıxarılacağı hələlik məlum deyil.