• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 12.10.2019 16:20

206 ilin həsrəti - Gülüstan müqaviləsi

KepezTV Player

Gülüstan müqaviləsi - 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanıb və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsinin bitdiyini təsdiqləyən bu müqavilənin imzalanmasına rus generalı Kotlyarevskinin Lənkəranı tutması daha da təkan verib. Müqavilə Dağıstanın, Gürcüstanın və Azərbaycanın Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik Ser Qor Ousli tərəfindən hazırlanır. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalayır.

Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçir. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutur və bunun Türkmənçay müqaviləsində İran tərəfindən təstiq edilməsinə nail olur. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycan və əhalisi iki yerə parçalanır. Müxtəlif dövrlərdə birləşmək üçün cəhdlər olmasına baxmayaraq buna nail olmaq münkün olmayıb.

Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur.

Dönməsək də, varmasaq da,

O yol bizim yolumuzdur.