KepezTV Player
Gəncədə qonşuların torpaq üstdə mübahisəsi qətllə nəticələnib. Hadisə şəhərin Kəpəz rayonunda "Depo" adlanan ərazidə baş verib. Şəhər sakini Akif İsmayılov 30 yaşlı Zeynalabdin Kərimovla mübahisə edib. Bundan sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxs tutulub, cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb.
- Baxış: 1007