KepezTV Player
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Cəlilabad rayonu, Sərhədabad kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə əkin sahəsinə baxış keçirilib. 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Əl qumbarasının ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
- Baxış: 726