• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 11.10.2019 16:06

"VAZ" YPX binasının yanında dirəyə çırpıldı, sürücü öldü

KepezTV Player

Bakının Xəzər rayonunda ağır yol qəzası olub. Suraxanı qəsəbə sakini, 31 yaşlı Abuzərov Elman idarə etdiyi "VAZ 2107"markalı avtomobillə Pirallahı-Qala yolunda şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu Dövlət Yol Patrul Xidmətinin inzibati binasının yaxınlığında idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.Faktla bağlı cinayət işi başlanıb.