• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 11.10.2019 16:25

Dövlət qulluğuna qəbulla bağlı müraciətlər səsləndirildi

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Samux rayonunda vətəndaşları qəbul edib. Qəbulda Samux, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarından olan vətəndaşların müracitələri dinlənilib. Vətəndaşlar əsasən təhsil haqlarının ödənilməsi, buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar müraciətlər ünvanlayıblar. Həmçinin görüşdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, magistratura pilləsində təhsil, dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər səsləndiriblər. Qəbuldan sonra Gəncə şəhər və ətraf rayonlarda yerləşən mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, yerli icra hakimiyyəti orqanları və məkhəmə orqanlarında çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluğunun perspektivi və çağırışları” mövzusunda təlim keçirilib. Təlimin məqsədi regionlarda fəaliyyət güstərən dövlət qulluqçularının dövlət qulluğu məsələləri üzrə biliklərinin təkmilləşdirilməsi, dövlət qulluğu vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar müəyyən edilmiş tələblər barədə məlumatlandırılmasıdır.