• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 11.10.2019 11:01

Audi elektrik ofrouderlərinə baxışını nümayiş etdirib

Audi şirkəti Frankfurt avtosalonunda Al:TRAIL quattro konseptini nümayiş etdirib. Konseptual avtomobil Audi dizaynerlərinin gələcəyin ekstremal elektrik ofrouderlərinə olan baxışını əks etdirir. Audi Al:TRAIL konseptinin qabarit uzunluğu 4150 mm, eni - 2150 mm, hündürlüyü isə, 1670 mm təşkil edir.  Konsept Audi Q2 modelindən qısa olsa da, ondan enli və hündürdür. Ofrouderin klirensi 340 mm təşkil edir. Eni 850 mm olan şinlərlə təchiz edilmiş 22-düymlük təkər diskləri klirensin hündür olmasına xidmət edir.  Belə klirensə malik olan ofrouder 500 m dərinliyi olan çay keçidini fəth edə bilər. Audi Al:TRAIL quattro konseptinin konstruksiyasında polad, alüminium və karbon lifindən geniş istifadə edilib. Elektrokarın çəkisi 1750 kq təşkil edir. Konsept dörd elektromotorla hərəkətə gəlir. Hər bir elektromotor öz təkərini hərəkətə gətirir və litium-ion batareyasından qidalanır. Güc qurğusunun ümumi hasilatı 435 at qüvvəsi və 1000 Nm fırlanma anıdır. Dolu batareya ilə elektrokar adi yollarla 400-500 km, yolsuzluqda isə 250 km qət edə bilər. Konseptin maksimal sürəti 130 km/saatdır. Al:TRAIL modelinin maraqlı xüsusiyyətləri panoram şüşələnməsi, tam şüşə dam, bamperə inteqrasiya edilmiş çirkli əşyalar üçün bölmə, şinlərdəki təzyiqin avtomatik tənzimlənməsi, salonun utilizasiya edilmiş xammaldan hazırlanmış tərtibat materialı, xarici və daxili işıqlandırma rolunda çıxış edən LED işıq texnikasıdır. Konseptin yaxın və uzaq işıqları rolunu matrisalı işıqdiodları ilə təchiz edilmiş beş dron ifa edir. Onlar öndəki yolu və avtomobilin ətrafındakı məkanı işıqlandırırlar. Dronlar avtomobiliun damında quraşdırılmış meydançadan qidalanırlar. Daha bir işıq mənbəyi Audi Light Companion adlanır. Bu, həm salonu və ya səyyar düşərgəni işıqlandıran iri fənər, həm də naviqasiya sisteminin məsləhətləri üçün proyektor rolunu ifa edə bilər.

Bundan başqa, konsept süni intellektin idarə etdiyi müxtəlif sistemləri birləşdirən Audi Al kompleksi ilə təchiz edilir. Sistemlərin hər biri özü təlimlənir, daim ətraf mühit və sərnişinlər ilə qarşılıqlı əlaqə yaradır. Al:TRAIL quattro modelinin yardımçı elektronikası dördüncü səviyyə avtonomluğu təmin edir, həmçinin yolsuzluqda sürücüyə yardım edir. Sistemin imkanları ya müəyyən ərazi və ya ofrouderin geometrik keçim qabiliyyəti ilə məhdudlaşa bilər.